Hörmətli vətəndaşlar! #ENEZARET platformasında yeni bir istiqamət!

Artıq siz icbari tibbi sığortanın əhatə etdiyi tibbi xidmətlərlə bağlı müraciətlərinizi də Onlayn İctimai Nəzarət Platformasına (#ENEZARET) ünvanlaya biləcəksiniz. Belə ki, səhiyyə müəssisələrində icbari tibbi sığorta ilə bağlı üzləşdiyiniz problemlərin həllini bizə həvalə edəcəksiniz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə, biz, bu problemlərin həllində də sizə öz dəstəyimizi göstərməyə hazırıq!

Bu növ müraciətlərinizi aşağıdakı link vasitəsilə bizə ünvanlayın: https://enezaret.az/samhi