Onlayn İctimai Nəzarət Platformasının (E-Nezaret) əməkdaşları Sabunçu rayon İcra Hakimiyyətinə səfər ediblər

05 oktyabr 2022-ci il tarixdə Onlayn İctimai Nəzarət Platformasının (E-Nezaret) əməkdaşları Sabunçu rayon İcra Hakimiyyətinə səfər edərək bu qurumun şöbə rəisi cənab Ədalət Teymurovla görüşüblər.

Bu görüş çərçivəsində Onlayn İctimai Nəzarət Platformasının (E-Nezaret) rüblük (iyun-avqust ayları) yekunlarına görə “Ən fəal dövlət müəssisəsi” nominasiyası üzrə mükafat Sabunçu RİH-in şöbə rəisi cənab Ədalət Teymurova təqdim edilib, eyni zamanda, vətəndaşların Platformaya ünvanladıqları müraciətlərdə qeyd edilən problemlərin həllində göstərilən fəallığa və Platforma ilə effektiv əməkdaşlığa görə qurumun rəhbərliyinə minnətdarlıq bildirilib.