Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (iyun – avqust ayları üzrə) yekunlarına dair dəyirmi masa

Bugün Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (iyun – avqust ayları üzrə) yekunlarına dair dəyirmi masa keçirilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin iyun – avqust ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.

Rübün nəticələrinə görə 12 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yasamal Rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aiddir.

Digər 10 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Biləsuvar rayon İcra Hakimiyyəti, İsmayıllı rayon İcra Hakimiyyəti, Masallı rayon İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi).

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş-3” müsabiqəsinin qalibləri də (Cavad Salmanlı, Lamiyyə Kərimzadə, Rəşad Nəcəfov, Kamran Nəcəfov) təltif edilib.

#MGC #Enezaret #Consulting #Enezaret #USAID #MMC